SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Almaniya Rusiyadan Minskə təsir göstərməyini istəyir

“Əgər dinc etirazçılara qarşı təzyiq dayandırılmasa, bu tədbirlər daha çox insanı əhatə edəcək, hətta cənab Lukaşenko barədə də söhbət gedə bilər” - Hayko Maas
Sputnik

BAKI, 16 sentyabr — Sputnik. Almaniyanın Xarici İşlər naziri Hayko Maas deeskalasiya və Belarus hakimiyyətinin ATƏT çərçivəsində dialoqa gəlməsi üçün Rusiyanı Minskə təsir etməyə çağırıb.

“Rusiya bu məsələdə xüsusi məsuliyyət daşıyır. Bu, Belarusla sıx və xüsusi münasibətlərdən də irəli gəlir. Heç Belarus müxalifəti də bu münasibətlərə şübhə etmir”, - Maas deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, XİN rəhbəri əlavə edib ki, “Almaniya Prezident Putin və Xarici işlər naziri Lavrov qarşısında da Minskin ATƏT çərçivəsində dialoq aparmasını dəstəkləmələri barədə çıxış edib”.

“Biz daim Lukaşenkonu küçələrdə olanlarla dialoqa girməyə səsləyirdik. Ancaq o, güc və təzyiq yolu ilə irəliləməyə davam edir, bu məqsədlərlə Moskvadan dəstək istəyir. Biz vasitəçilik təklif etdik, ilk növbədə ATƏT xətti ilə, çünki Belarus da onun üzvüdür”, - Maas deyib.

O deyib ki, Avropa Birliyi artıq Belarusda seçkinin saxtalaşdırılması və nümayişkarlara qarşı güc tətbiq edən şəxslərə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdən keçirir. Bu məsələlər sentyabrın 21-də Brüsseldə müzakirə olunacaq, Maas bildirib. 

“Əgər dinc etirazçılara qarşı təzyiq dayandırılmasa, bu tədbirlər daha çox insanı əhatə edəcək, hətta cənab Lukaşenko barədə də söhbət gedə bilər”.