ÜST COVID-19 vaksinin təsdiqlənməsi şərtlərini açıqladı

"Tam təhlükəsiz olmayan və effektivliyi sübut olunmamış heç bir vaksini qəbul etməyəcəyik", - Marqaret Harris bildirib
Sputnik

BAKI, 15 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tam təhlükəsiz və effektiv olmayan heç bir koronavirus peyvəndini təsdiq etməyəcək və vaksin sınaqlarının üçüncü fazasını həyata keçirən bütün dövlətlərdən nəticələri gözləyir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilmiş brifinqdə ÜST rəsmisi Marqaret Harris bildirib.

"İndi istifadə olunan heç bir vaksin testin üçüncü mərhələsini tamamlamayıb. Bütün tərəfdaşlarımız onların (testlərin – red.) aktivliyi barədə bizə məruzə edirlər. ÜST peyvəndlər haqqında dəqiq məlumatlar və nəticələr əldə etmək istəyir. ÜST-ün baş direktoru bildirib ki, biz tam təhlükəsiz olmayan və effektivliyi sübut olunmamış heç bir vaksini qəbul etməyəcəyik", - o bildirib.