BAKI, 15 sentyabr — Sputnik. Rusiyalı bloger Aleksey Navalnı zəhərlənmədən sonra ilk dəfə "Instagram" səhifəsində öz fotoşəkillərini və tərəfdarlarına müraciətini yerləşdirib.
Sputnik Azərbaycan xəbər verir ki, Navalnı artıq sərbəst nəfəs ala bildiyini deyib. O, nəfəs almağı "bir çoxlarının lazımınca dəyər vermədiyi bir proses" adlandırıb.
"Salam, bu Navalnıdır. Sizin üçün darıxıram. Mən hələ də demək olar ki, heç nə edə bilmirəm, amma dünən bütün günü özüm nəfəs ala bilmişəm. Ümumiyyətlə, özüm. Heç bir kənar yardım olmadan, hətta boğazımdakı sadə ventildən belə istifadə etməmişəm. Çox xoşuma gəldi. Son dərəcə gözəl, bir çoxlarının lazımınca dəyər vermədiyi bir prosesdir. Məsləhət görürəm", - o yazıb.
Navalnı həyat yoldaşı Yuliya və oğlu Zaxar ilə birgə fotoşəklini də paylaşıb.