RUSİYA

İrina Şeyk obyektiv qarşısına çılpaq çıxdı

Ağ-qara fotoşəkildə tamamilə çılpaq model belini obyektivə çevirib, başını isə profilə döndərib. Şeyk qarşısında böyük bir qılınc balığını tutub.
Sputnik

BAKI, 15 sentyabr — Sputnik. Rusiyalı supermodel İrina Şeyk açıq-saçıq fotosessiyada iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, onun çılpaq fotoşəklini fotoqraf Mert Alaş öz "Instagram" səhifəsində paylaşıb.

Ağ-qara fotoşəkildə tamamilə çılpaq model belini obyektivə çevirib, başını isə profilə döndərib. Onun üzündə parlaq makiyaj görünmür. Şeyk qarşısında böyük bir qılınc balığını tutub.

Onun pərəstişkarları fotoşəkli dəyərləndiriblər, zarafat və təriflə dolu şərhlər yazıblar.

"Xəyallarımın balığı", – fanatlardan biri yazıb.

"Məftunedici görünür" – digəri əlavə edib.

İrina Şeyk Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərindən olan dünyaca məşhur modeldir.