CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On bir milyona doğru: Altı aya yetmiş üçəm

Dövlət Statistika Komitəsi, bu ilin altı ayı ərzində əhali artımı, doğum, ölüm və nikahlarla bağlı statistikanı açıqlayıb.
Sputnik

BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan əhalisinin sayında əhəmiyyətli artım baş verib. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ölkә әhalisinin sayı ilin әvvәlindәn 33514 nәfәr vә ya 0,3 faiz artaraq 2020-ci il avqust ayının 1-i vәziyyәtinә 10100622 nәfәrә çatıb. Әhalinin ümumi sayının 52,8 faizini şәhәr, 47,2 faizini kәnd sakinlәri, 49,9 faizini kişilәr, 50,1 faizini isә qadınlar tәşkil edir. Bir kvadrat kilometrә düşәn әhalinin sayı 117 nәfәr olub.

Bu ilin yanvar-iyul ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 70390 doğulan körpә qeydә alınıb. Əhalinin hәr 1000 nәfәrinә düşən bu göstәrici 12,1 tәşkil edir.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isә qız uşaqlarıdır. Körpәlәrdәn 1896-sı әkiz, 69-u isә üçәm doğulanlardır.

Cari ilin 7 ayında ölkәdә 37426 ölüm halı qeydә alınıb vә әhalinin hәr 1000 nәfәrinә ölüm sәviyyәsi 6,4 tәşkil edib.

2020-ci ilin yanvar-iyul aylarında qeydiyyat şöbәlәri tәrәfindәn 20611 nikah vә 8285 boşanma halı qeydә alınıb. Əhalinin hәr 1000 nәfәrinә nikahların sayı 3,5, boşanmaların sayı isә 1,4 olub.

Bu ilin yanvar-iyul ayları әrzindә Daxili İşlәr Nazirliyi vә Dövlәt Miqrasiya Xidmәtinin müvafiq qurumları tәrәfindәn daimi yaşamaq üçün Azәrbaycana 947 nәfәr gәlәn, Azәrbaycandan isә 397 nәfәr gedәn qeydә alınaraq, miqrasiya saldosu müsbәt 550 nәfәr tәşkil edib.