“Hazırkı tədris ili üçün distant və qarışıq təhsil formalarının tətbiq edilməsi ilə bağlı qərarı doğru hesab edirəm. Bu qərar müqəqqəti bir dövrü əhatə edir”. Bu fikirləri Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.
Ekspert qeyd edib ki, hazırkı dövrdə ənənəvi təhsili əvəz edə biləcək təhsil forması yoxdur:
“Distant təhsil modeli orta təhsil sistemində effektiv deyil. Bununla belə, hazırkı məqam təhsil alanları itirməmək üçün bunu diktə edir. Amma regionlarda internet təminatında problemlərin olması valideynlərdə narazılıq yaradır. Ona görə də təhsil alanlar üçün internet tariflərində güzəştlərin tətbiq edilməsi vacibdir. Eyni zamanda təhsil verənlərin pulsuz internetlə təminatı çox vacibdir”.
İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz