BAKI, 14 sentyabr — Sputnik. "ByteDance" şirkəti "TikTok" video paylaşma xidmətinin Amerika seqmentini "Microsoft" korporasiyasına satmaq fikrindən daşınıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən yazıb.
Qəzetin məlumatına görə, çinlilərin seçimi "Oracle" şirkətinin üzərində dayanıb.
Amerika hökuməti "TikTok"u milli təhlükəsizliyə təhdid hesab edir. Belə ki, tətbiq amerikalılar haqqında məlumatları Çinə ötürə bilər.
Avqustun 27-də ABŞ administrasiyası Amerika yurisdiksiyasında sosial şəbəkənin sahibi ilə istənilən sövdələşmələrin dayandırılması üçün 45 gün vaxt ayırıb. Müddət sentyabrın 20-də başa çatır.