SƏHİYYƏ

Professor: “Koronavirus uşaqlar arasında simptomsuz formada müşahidə edilir”

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, bir müddətdir uşaqların vaksinasiya olunma prosesi pozulub
Sputnik

Azərbaycanda bu il uşaqlar arasında peyvəndlə əhatələnmə bir qədər aşağı düşüb. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, mövsümi xəstəliklərdən təkcə qripə qarşı vaksin var: “Bir də Ümumdünya Səhiyyə təşkilatının proqramı çərçivəsində bir sıra xəstəliklərə qarşı vaksinasiya mövcuddur. Bunların bəziləri vaksinasiya, bəziləri isə passiv immunizasiyadır. Amma bunların koronavirusa aidiyyatı yoxdur. Payız aylarında koronavirusla yanaşı, mövsümi xəstəliklərin də olmasını nəzərə alaraq diqqətli olmaq lazımdır. Operativ Qərargahın bununla bağlı konkret təlimatları olmalıdır. Bu prosesin ilk növbədə uşaqlar arasında aparılması zəruridir. Çünki koronavirus uşaqlar arasında simptomsuz formada müşahidə edilir. Təəssüf ki, bir müddətdir uşaqların vaksinasiya olunma prosesi pozulub, qrafikə uyğun olaraq yerinə yetirilməyib”.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz