Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 14 sentyabr — Sputnik. Belaruslar özləri, xaricdən ipucu almadan ölkədə yaranmış vəziyyəti həll etməlidirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarusdan olan həmkarı Aleksandr Lukaşenko ilə baş tutan danışıqları zamanı bildirib.
"Biz görürük, təbii ki, hamımız bilirik ki, Belarusda baş verənlər seçkilərlə bağlı ölkədaxili işlərdir. Siz bizim mövqeyimizi yaxşı bilirsiniz. Biz belaruslarln özlərinin xaricdən heç bir ipucu və təzyiq olmadan, sakit rejimdə və bir-biriləri ilə dialoq halında vəziyyəti həll etsinlər və bundan sonra işlərini necə quracaqlarına dair ortaq nəticəyə gəlsinlər", - deyə Putin qeyd edib.
Rusiya Prezidenti eyni zamanda qeyd edib ki, ölkəsi Belarusa investisiya yatıran ən böyük ölkədir: "Rusiya və Belarus arasında bir çox sahələrdə dərin əməkdaşlıq mövcuddur. Ölkələr pandemiya ilə bağlı ticarət dövriyyəsini bərpa etməlidirlər".
Rusiya lideri belaruslu həmkarı ilə görüşündə, həmçinin bildirib ki, Rusiya Belarusa 1,5 milyard dollar həcmində dövlət keti ayıracaq: "Hazırda maliyyə nazirləri peşəkar səviyyədə dialoq aparırlar"
Lukaşenko isə öz növbəsində qeyd edib ki, Respublikada baş verən hadisələrin Minskin Rusiyaya yaxın olmalı olduğunu göstərdi: "İqtisadiyyat hər şeyin əsasında dayanır. İnanın mənə biz həmişə bu xəttə (Rusiya Federasiyası ilə əməkdaşlığa – red.) sadiq qalmışıq. Son hadisələr bizə böyük qardaşımızla daha yaxın olmağımızı və iqtisadiyyat da daxil olmaqla bütün məsələlərdə daha yaxından əməkdaşlıq etməyimiz lazım olduğunu göstərdi".
Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.