CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhər evdən çıxanda hazırlıqlı olun

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var
Sputnik

BAKI, 13 sentyabr — Sputnik. Azərbaycanda sentyabrın 14-də gözlənilən hava şəraiti haqda məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  27-30, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz  olacaq. 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.