2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında xarici ticarət əməliyyatlarının həcmi 1,513 milyard dollar təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad MəmmədovSputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin intensivləşməsi hər iki ölkənin strateji maraqlarına tam olaraq cavab verir:
“Yaxın gələcəkdə uzunmüddətli xarici iqtisadi əlaqələrimizin istiqaməti Rusiya bazarı və Avrasiya ilə əlaqəli olmalıdır. İndi dünya iqtisadiyyatında tam yeni era başlayıb. Artıq neftin əsas enerji daşıyıcısı kimi ön plandan çəkilməsini görürük. Digər tərəfdən ABŞ iqtisadiyyatının hegemonluğuna söykənmiş dünya iqtisadi sistemi sürətlə çökməkdədir. Bu da dünya iqtisadiyyatında zonalaşma prosesini sürətləndirəcək. Bu zonalaşma prosesində Azərbaycan və Rusiya bir yerdə olmalıdır”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz