MƏDƏNİYYƏT

Hind rəqsi oynayanımız vardı, indi də oxuyanımız boy göstərdi – VİDEO

Elina Məmmədova pərəstişkarı olduğu müğənni Andro Kuznetsova sürpriz edərək onun repertuarından olan mahnını hindcə ifa edib
Sputnik

BAKI, 13 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Hind rəqslərinin ifaçısı Elina Məmmədova rusiyalı müğənnilər The Limba (Muxamet Əmircanov) & Andronun (Andro Kuznetsov) “X.O” hitini hind dilində oxuyub.

Elina Sputnik Azərbaycan-a bildirib ki, Andronun vurğunudur. Hətta onun Moksvadakı konsertində rəqqasə kimi çıxış edib. O, müğənniyə sürpriz etmək qərarına gəlib və onun məşhur hitini hindcə oxuyub.

“Çox həyəcanlanırdım, amma yenə də qərara gəldim ki, oxuyacam. Əsasən hind mahnıları oxuyuram. Andronun repertuarındakı mahnıları çox sevdiyimdən dostlarım onun hitini hind dilinə tərcümə etməyə yardımçı oldular. İfamı çoxlarının bəyəndiyi üçün şadam. Elə Andro da sevindi”, - Məmmədova deyib.

Müqayisə üçün The Limba & Andro-nun ifasını da təqdim edirik.

Doqquz yaşlı Elina Məmmədova ailəsi ilə birlikdə Rusiyada yaşayır. İki yaşında hind filmi izlədikdən sonra Hindistanın milli rəqslərinin ifaçısı olmaq istəyib. Beş yaşından da bu arzusunu gerçəkləşdirməyə başlayıb. “Hamıdan yaxşı” uşaq televiziya şousunda iştirakından sonra Rusiyada məşhurlaşıb. Şouda Elina rəqs bacarıqlarını nümayiş etdirib.