SƏHİYYƏ

Alman virusoloq: “Həyatın dayanmasına imkan vermək olmaz”

Almaniyada və digər ölkələrdə COVID-19-a yoluxmanın sayının artmasına rəğmən ölüm göstəricilərinin də artdığını iddia etmək olmaz
Sputnik

BAKI, 13 sentyabr — Sputnik. Alman virusoloq, Bonn Universitetinin virusologiya və HİV araşdırmaları institutunun rəhbəri Hendrik ŞtrekWelt am Sonntag nəşrinə müsahibəsində koronavirusla mübarizə strategiyasının yenidən gözdən keçirilməsinin vacibliyini vurğulayıb.

Şrtekin fikrincə, vəziyyəti yalnız yoluxma sayı barədə məlumatlar əsasında dəyərləndirmək lazım deyil, üstəlik, simptomsuz xəstələrin sayı ilə bağlı durum da mütləq pis deyil. 

“Biz vəziyyəti dəyərləndirərkən yalnız yoluxma sayı ilə kifayətlənməməliyik”, - virusoloq deyib.

Onun sözlərinə görə, Almaniyada və digər ölkələrdə COVID-19-a yoluxmanın sayının artmasına rəğmən ölüm göstəricilərinin də artdığını iddia etmək olmaz. Professor deyir ki, “həyatın dayanmasına imkan vermək olmaz və heç kim – heç bir siyasətçi, virusoloq, yaxud epidemioloq – pandemiya ilə mübarizənin yeganə düzgün yolunu bilmir”. 

Ştrekin fikrincə, yoluxmanın qarşısını mümkün dərəcədə almaq lazımdır, bununla yanaşı, yoluxma sayını indiki qaydada təfsir etməmək də olar.