BAKI, 12 sentyabr — Sputnik. Ötən ilin sonlarından Çində meydana çıxan və bu ilin əvvəllərindən etibarən dünyada tüğyan etməyə başlayan COVID-19 virusu can almaqda, əhatə dairəsini böyütməkdə davam edir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu günədək dünyada COVID-19-a ümumilikdə 28.33 milyon yoluxma qeydə alınıb.
Dünya üzrə ölümlərin sayı isə artıq 910.299 olub. Bu günədək xəstəlikdən sağalanların sayı isə 19.17 milyon nəfərdir.