BAKI, 12 sentyabr — Sputnik. Türkiyənin "Beşiktaş" klubunun texniki direktoru Sərgən Yalçının COVID-19-la bağlı verdiyi testin nəticəsi "pozitiv" çıxıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə klubun "Twitter" hesabında məlumat paylaşılıb.
"Trabzonspor"la görüş öncəsi verilən testlərin nəticəsində "Beşiktaş"ın texniki direktoru Sərgən Yalçının COVID-19 test nəticəsi "pozitiv" olub.
Artıq Sərgən Yalçının nəzarətə alındığı və izolyasiya şəraitində qaldığı bildirilib
Qeyd edək ki, "Beşiktaş" sabah axşam saatlarında "Trabzon"la görüşəcək.