Yunan Baş nazir Türkiyəyə ultimatum verdi – Bu tarixə qədər vaxtınız var...

Qonşumuzun (Türkiyənin) geri addım atması və böhrandan çıxış yolu tapması, yəni hasilat fəaliyyətinə son verməsi, 2016-cı ildə tərk etdiyi hasilatla bağlı danışıqlar masasına qayıtması üçün Avropa İttifaqının Zirvə görüşünə qədər vaxtı var.
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. "Türkiyənin geri addım atması və Yunanıstanla sərhədi olmayan dəniz bölgələrində qanunsuz fəaliyyətindən imtina etməsi üçün 24-25 sentyabr tarixlərində keçiriləcək Avropa İttifaqının Zirvə görüşünə qədər vaxtı var". Sputnik Türkiyə xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiryakos Miçotakis bildirib.

"Avropa İttifaqı tərəfindən Yunanıstana və Kiprə verilən dəstək adi bir dəstək deyil. Bu, Avropanın strateji maraqlarının artıq xəritədə olmasını qəbul etməsidir. Qonşumuzun (Türkiyənin) geri addım atması və böhrandan çıxış yolu tapması, yəni hasilat fəaliyyətinə son verməsi, 2016-cı ildə tərk etdiyi hasilatla bağlı danışıqlar masasına qayıtması üçün Avropa İttifaqının Zirvə görüşünə qədər vaxtı var. Əgər razılığa gəlməzsək, Beynəlxalq Cəza Məhkəməsinə müraciət etmək kimi həll yolları hər zamanı mövcuddur", - Miçotakis Fransa, Yunanıstan, İtaliya, İspaniya, Kipr, Malta və Portuqaliya təmsilçilərinin iştirak ilə Korsika adasında Cənubi Avropa ölkələrinin Zirvə görüşündə çıxışı zamanı bildirib.

Lavrovdan sonra Pompeo da təcili Kiprə gəlir

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq, geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla, digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir. Fransa isə öz növbəsində bu gərginlikdə Yunanıstan və Kipri dəstəkləyir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.