Vanda şahzadəyə aid olduğu ehtimal edilən məzar tapılıb

İlkin dövrdə Urartu geniş ərazilərə nəzarət edirdi, lakin VII əsrdə güclü rəqiblərin hücumuna məruz qalır və dağılır.
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Türkiyənin Van vilayətində qazıntılar zamanı arxeoloqlar kral ailəsinə mənsub ola biləcəyi ehtimal edilən qadına aid məzar aşkarlayıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qadının kral ailəsindən olmasını onun yanında olan çox sayda qiymətli zinət əşyaları ilə əlaqələndirirlər.

Mütəxəssislər məzarı yox olan Urartu əyaləti ilə əlaqələndirirlər. Urartu Cənub-Qərbi Asiya torpaqlarında yerləşib və eramızdan əvvəl II minillikdən eramızın 590-cı ilinə qədər mövcud olub. İlkin dövrdə Urartu geniş ərazilərə nəzarət edib, lakin VII əsrdə güclü rəqiblərin hücumuna məruz qalıb və dağılıb.

Qadının gənc, 20-25 yaşında öldüyü ehtimal edilir. Hər iki əlin biləklərinə bilərziklər taxılıb, qulaqlarında sırğa və sol əlin barmağında böyük bir tunc üzük olub. Bununla yanaşı, mütəxəssislər qiymətli daşlarla bəzədilmiş boyunbağı və broş tapıblar.

Üzük alimləri daha çox maraqlandırıb. Çünki üzük mərhumun evli olduğunu göstərə bilər. Bu ehtimal doğru olsa, bu, ailə birliyinin ən erkən arxeoloji dəlillərindən biri hesab oluna bilər.