RUSİYA

Rusiya Azərbaycan və Ermənistanı birgə təlimlərə dəvət etdi

Təlimlər iki mərhələdə keçiriləcək. İlkin mərhələdə müdafiə orqanları idarəsi şərti hərbi-siyasi vəziyyətə hərbi əməliyyatları planlaşdıracaq
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Rusiya "Qafqaz - 2020" strateji komanda-qərargah təlimlərində iştirak etmək üçün Azərbaycan, Ermənistan, Belarus, Çin, Myanma, Pakistan və İrandan hərbçilər dəvət edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Aleksandr Fomin bildirib.

"Quru qüvvələri qrupunun bir hissəsi olaraq ortaq hərəkətlərin həyata keçirilməsi üçün təlimlərə Ermənistan, Belarus, Çin, Myanma və Pakistandan olan hərbi birləşmələr dəvət edilib. Xəzər dənizi hövzəsində təlimlərin epizodlarında iştirak etmək üçün Azərbaycan və İran dəvət olunub", - deyə Fomin xarici hərbi attaşelərin brifinqində bildirib.

O bildirib ki, təlimlər iki mərhələdə keçiriləcək. İlkin mərhələdə müdafiə orqanları idarəsi şərti hərbi-siyasi vəziyyətə hərbi əməliyyatları planlaşdıracaq. İkinci mərhələdə isə çoxmillətli hərbi qruplaşmanın birgə hərbi əməliyyatları həyata keçirməsi planlaşdırılır.

Təlimlər 21-26 sentyabr tarixlərində keçiriləcək.