HADİSƏ

Qaradağda mikroavtobus qəzaya düşdü, ölən var

1 nəfərin meyiti və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfər deformasiyaya uğrayan mikroavtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Qaradağ rayonu ərazisində ağır avtomobil qəzası baş verib. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı mikroavtobus yol kənarında dayanan "DAF" markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.