ABŞ-ın qərb sahillərində meşə yanğınları davam edir. Yanğınlar Kaliforniya, Oreqon və Vaşinqton ştatlarını əhatə edir.
Minlərlə insanın evləri yanıb, ən azı səkkiz nəfər həlak olub. Həlak olanlar arasında bir yaşlı uşaq da var. Oreqonun qubernatoru Keyt Braun həlak olanların sayına və vurduğu ziyanın ölçüsünə görə bu yanğınlar ştat tarixində ən güclü yanğınlar kimi düşə bilər. Kalifornyanın şimalında yanğınların ucbatından səma narıncı rəngə boyanıb.
ABŞ mediası San-Fransiskonun şəkillərini Qiyamət gününün görüntüləri ilə müqayisə edir. Həmin dəhşətli görüntüləri təqdim edirik.