MƏDƏNİYYƏT

"Taxt-tac oyunları" serialının aktrisası vəfat etdi

"Qisasçılar" və "Taxt-tac oyunları" seriallarındakı, "Son kral", "Viktoriya və Albert", "Çingizxan" filmlərindəki rolları ilə məşhur olan aktrisa "BAFTA", "Emmi" və "Toni" mükafatlarını qazanıb
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Britaniyalı aktrisa Dayana Riqq 82 yaşında dünyasını dəyişib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisanın agenti verib.

Qeyd edək ki, "Qisasçılar" və "Taxt-tac oyunları" seriallarındakı, "Son kral", "Viktoriya və Albert", "Çingizxan" filmlərindəki rolları ilə məşhur olan aktrisa "BAFTA", "Emmi" və "Toni" mükafatlarını qazanıb.

Bundan başqa, o, 1988-ci ildə Britaniya İmperiyası ordeni ilə təltif olunub. 1994-cü ildə isə "Xanım komandan" adını alıb.