SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ağ Evdə çağırılmamış qonaq – həm çaşdılar, həm sevindilər

"Biz ölkə rəhbərlikləri arasında münasibətlərdə sıçrayışa nail olduq, indi insanlar bir-birini tanımaq, müzakirələr aparmaq üçün işçi səviyyədə toplanacaqlar" - Trampın müşaviri
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Sentyabrın 15-də Birləşmiş Ərəb Ölkələri ilə birlikdə daha bir dövlət İsraillə sülh müqaviləsinə imza atacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ABŞ Prezidenti Donald Trampın müşaviri və eyni zamanda kürəkəni Cared Kuşner Bəhreynin nümayəndəsinin bundan ötrü Vaşinqtona gələcəyini deyib.

“Ağ Evdə imza törəni çərşənbə axşamı olacaq. Nəzərdə tutmuşduq ki, İsraillə BƏƏ üçün mərasim təşkil edək, ancaq indi o, daha böyük əhəmiyyət kəsb etməyə başladı, çünki Bəhreyn sazişi imzalamaq üçün öz xarici işlər nazirini göndərəcək”, - Kuşner jurnalistlərə deyib.

“Bu, çox nadir hadisədir – bir gündə iki sülh sazişi. Bu onu göstərir ki, regionda sülh, sabitlik və ünsiyyət istiqamətində addımlar atılır”, - Kuşner əlavə edib.

“Razılaşmanın detallarına gəldikdə... İsraillə Bəhreyn arasında elə də çox görüş olmamışdı. Biz ölkə rəhbərlikləri arasında münasibətlərdə sıçrayışa nail olduq, indi insanlar bir-birini tanımaq, müzakirələr aparmaq üçün işçi səviyyədə toplanacaqlar. Onlar bu imkanı səbirsizliklər gözləyirlər”, - Trampın müşaviri deyib.

O əmindir ki, İsraillə Bəhreyn arasında kommersiya və ticarət sahələrində digər razılaşmalar əldə olunduqca “daha çox detal” bəlli olacaq.

Bununla Kuşner gələn həftə Vaşinqtonda ölkələr arasında ikitərəfli münasibətlərin inkişafının detallı planını ehtiva etməyən çərçivə sənədinin imzalanacağına eyham vurub.

Buna qədər İsraili yalnız iki ərəb ölkəsi – Misir və İordaniya – dövlət kimi tanıyırdı.