CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı rəssamdan kubalı həkimlərə qeyri-adi hədiyyə

Rəssam Arif Hüseynov artıq bir neçə aydır koronavirusla mübarizədə azərbaycanlı həmkarlarına kömək edən kubalı tibb işçilərinə öz minnətdarlığını qeyri-adi şəkildə ifadə edib.
Sputnik

BAKI, 11 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq rəssamı Arif Hüseynov COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün Kubadan Bakıya gəlmiş tibb mütəxəssislərinə özünün məşhur əsərlərindən biri olna "Fitnə"ni hədiyyə edib. Bu barədə Sputnik Azərbaycan-a fırça ustasının özü bildirib.

Azərbaycanlı rəssamdan kubalı həkimlərə qeyri-adi hədiyyə

Hüseynov uzun illərdir ki, Azərbaycan-Kuba Dostluq Cəmiyyətinin sədridir. Ona görə də Kuba həkimləri ilə şəxsən görüşməyi və onlara öz minnətdarlığını bildirməyi qərara alıb.

"Ölkəmizə Kubadan 115 tibb mütəxəssisi gəlib. Onlar artıq bir neçə aydır ki, Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə aparırlar. Onların və həkimlərimizin sayəsində xəstələrin sayı gündən-günə azalır. Çox ümid edirəm ki, tezliklə biz hamımız normal həyata qayıda biləcəyik", - Hüseynov qeyd edib.

Azərbaycanlı rəssamdan kubalı həkimlərə qeyri-adi hədiyyə

O, minnətdarlıq əlaməti olaraq, kubalı tibb işçilərinə özünün "Fitnə" əsərini hədiyyə edib. Bu əsər dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasının motivləri əsasında çəkilib.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün Azərbaycana təkcə Kubadan deyil, Rusiya və Çindən də tibb mütəxəssisləri gəliblər.