Aparıcı dovşanlarına malikanə tikdirib

Teleaparıcı Amanda Holden qızının köhnə oyun evini dovşan sarayına çevirmək üçün külli miqdarda pul xərcləyib
Sputnik

BAKI, 11 sentyabr — Sputnik. Qalmaqallarla gündəmdə adı hallanan britaniyalı televiziya aparıcısı və aktrisa Amanda Holden evinin həyətində dovşanları üçün malikanə tikdirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, o, qızının köhnə oyun evini dovşan sarayına çevirmək üçün külli miqdarda pul xərcləyib,

Aktrisanın iki dovşanı üçün hazırladığı evdə ikimərtəbəli çarpayılı yataq otağı, mətbəx və qonaq otağı var. Heyvanlar üçün sahibinin üzünün təsviri olan yastıq da hazırlanıb. Taxta malikanənin bir neçə pəncərəsi və giriş qapısı var, ərazinin qarşısı hasara alınıb.

Malikanə altı min funt sterlinqə (13 251 AZN) başa gəlib.

90-cı illərdə karyerasının ən parlaq dövrünü yaşayan 49 yaşlı aktrisa "Bill", "Ürəklər və sümüklər", "Ov", "Ən pis ifritə", "Fransız və Saunders" və s. filmlərində rol alıb.