SƏHİYYƏ

Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Hazırda xəstələrin 138-i reanimasiyadadır,14 xəstə isə süni tənəffüs cihazına qoşulub Hazırda xəstələrin 138-i reanimasiyadadır,14 xəstə isə süni tənəffüs cihazına qoşulub
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 10-na olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda xəstələrin 138-i reanimasiyadadır. 14 xəstə isə süni tənəffüs cihazına qoşulub. Ümumilikdə 2 049 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 874 nəfərə, sağalanların sayı 35 269 nəfərə, vəfat edənlərin sayı isə 556 nəfərə çatıb.