RUSİYA

Qonşuda son durum: Bir gündə yüzdən çox adam öldü

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb.
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 5363 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 128 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 1046370-ə çatıb. Rusiyada pandemiya yayılandan 18263 nəfər COVID-19-dan vəfat edib. Ümumilikdə ölkədə bu virusdan sağalanların sayı 862437-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 27,8 milyonu keçib, 903 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.