Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 10 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 27 864 867-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.
Məlumata əsasən, virusa yoluxmuş 903 698 nəfər vəfat edib, 18 776 874 xəstə isə sağalıb.
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 362 min 107 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 037 564 yoluxma qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib