RUSİYA

"Cəfəngiyyatdır!" – “Noviçok”un yaradıcısı zəhərin yeni növünü istisna edir

Almaniyanın Die Zeit nəşri yazlb ki, Navalnını “Noviçok”un yeni, təkmilləşmiş növü ilə zəhərləyiblər və o, hələ təyyarədəykən keçinməliymiş
Sputnik

BAKI, 10 sentyabr — Sputnik. Aleksey Navalnının “Noviçok”un yeni forması ilə zəhərlənməsi doğru ola bilməz, çünki bu maddə ilə zəhərlənmənin əlamətləri yox idi.

Sputnik Azərbaycan bildirir ki, bunu RİA Novosti-yə hərbi zəhərləyici vasitənin yaradıcısı Leonid Rink deyib.

“Cəfəngiyyatdır. Əlbəttə ki, mən “Noviçok”un bütün variantlarını bilirəm. Amma həmin bəyanatın zəhərin təsir mexanizminə, simptomlara aidiyyatı yoxdur. Onlar yoxdur. Lap özünü yerə çırp, nə istəyirsən, de, amma simptomlar yoxdur. Heç nə eləmək olmaz. Ölüm yoxdur. “Noviçok”u unudun”, - Rink söyləyib.

Qeyd edək ki, Almaniyanın Die Zeit nəşri yazlb ki, Navalnını “Noviçok”un yeni, təkmilləşmiş növü ilə zəhərləyiblər və o, hələ təyyarədəykən keçinməliymiş.