HADİSƏ

Yeni yolda ağır qəza: 10 nəfər yaralandı - VİDEO

İki minik avtomobilinin toqquşması nəticəsində 10 nəfərə yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, qəza Saray qəsəbəsinə gedən yeni yolda qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 10 nəfərə yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.