HADİSƏ

Novxanıya gedən qadını yolda düşürüb üstünə bıçaq çəkdilər

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini S.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə gedəcəyi məqsədilə şəhər ərazisində sərnişin qismində bir avtomobilə əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, idarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini Samir Mehralıyev və tanışı, Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Abbasov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.