"Böyük müqavilə” imzalanacaq – gün təyin olunub

İsrail və BƏƏ münasibətlərin tam normallaşması və aviaəlaqənin açılması barədə razılığa gəliblər. Qarşı tərəfə ilk səfəri İsrail nümayəndələri ediblər
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. ABŞ Prezidentinin mətbuat katibi Keyli Makineni İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanacaq sülh sazişinin şərəfinə təntənəli mərasim keçiriləcəyini təsdiqləyib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, Makineni imza mərasiminin sentyabrın 15-də Vaşinqtonda baş tutacağını deyib.

O vurğulayıb ki, Amerika lideri Donald Tramp “İbrahim razılaşmaları” adlanan, münasibətlərin tam normallaşmasını nəzərdə tutan sazişin ratifikasiyası üçün İsrail və BƏƏ nümayəndələrini Ağ Evdə qəbul edəcək.

Bundan öncə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrail və BƏƏ münasibətlərin tam normallaşması və aviaəlaqənin açılması barədə razılığa gəliblər. Qarşı tərəfə ilk səfəri İsrail nümayəndələri ediblər.