RUSİYA

Rusiyada koronavirusdan ölənlərin sayı yenidən artdı

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 27,5 milyonu keçib, 883 mindən çox adam isə virus səbəbilə ölüb
Sputnik

BAKI, 9 sentyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 5218 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 142 nəfər ölüb. Qeyd edək ki, sentyabrın 8-də bu rəqəm 51 idi.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 1041007-yə çatıb. Rusiyada pandemiya yayılandan 18135 nəfər COVID-19-dan vəfat edib. Ümumilikdə ölkədə bu virusdan sağalanların sayı 856485-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 27,5 milyonu keçib, 883 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.