SƏHİYYƏ

AstraZeneca təkrarən vaksin sınaqlarını keçirəcək

Dünən AstraZeneca Oksford Universiteti ilə birlikdə hazırladığı preparatın sınağını dayandırmağa məcbur olmuşdu
Sputnik

BAKI, 9 sentyabr — Sputnik.  Britaniyanın dərman istehsalçısı AstraZeneca koronavirus peyvəndinin sınaqları bərpa edə bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, sınaqlar gələn həftə davam etdirilə bilər. 

Qeyd edək ki, dünən AstraZeneca Oksford Universiteti ilə birlikdə hazırladığı preparatın sınağını dayandırmağa məcbur olmuşdu. Buna səbəb kimi iştirakçılardan birində xoşagəlməz effekt yaranması göstərilmişdi.