SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aleksandr Lukaşenkodan gözlənilməz etiraf: "Ola bilsin ki..."

Belarusda üç həftədən artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir.
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko etiraf edib ki, ola bilsin ki, o, öz postunda "bir qədər artıq oturub". Sputnik Azərbaycan xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Rossiya-1" telekanalına müsahibəsində bildirib.

"Bəli, ola bilsin ki, mən bir qədər artıq oturmuşam. Ola bilsin ki, məni yalnız televizorda deyil, həm də ütü və dəm çaydanında göstərirlər. Bəli. Lakin həqiqətən hazırda ancaq mən Belarusu müdafiə edə bilərəm", - deyə Lukaşenko qeyd edib.

Qeyd edək ki, Belarusda üç həftədən artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.