Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 8 sentyabr — Sputnik. Mingəçevirdə yaşayan 40 yaşlı qadın işlədiyi aptekdə bıçaqlanıb. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, qadın işlədiyi aptekdə həyat yoldaşı Anar İsmayılov tərəfindən aralarında yaranan mübahisə nəticəsində bıçaqlanıb. Ağır bədən xəsarətləri alan Könül Mirzəliyeva Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, tərəflər arasında tez-tez münaqişə yarandığı bildirilir. Hadisəni törədən A.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.