RUSİYA

Rusiya koronavirusla mübarizədə ən çox MDB ölkələrinə dəstək verib

Rusiya Federasiyası 39 dövlətə koronavirusun diaqnozu üçün 1 milyondan çox test göndərib. Onların 66%-i MDB ölkələrinə yönəldilib.
Sputnik

Rusiya təkcə öz ərazisində koronavirusla mübarizə aparmır, həm də digər ölkələrə kömək edir. Sentyabrın 4-də belə dövlətlərin sayı artıq 39 olub. "Rospotrebnadzor"dan Sputnik agentliyinə verilən məlumata görə, dünyanın ən müxtəlif guşələrində yerləşən bütün tibb müəssisələri 1 066 200 tədqiqat üçün 10 662 ədəd test dəsti və 1 054 700 reagent alıblar. Yardımların əhəmiyyətli bir hissəsi - 699 700 tədqiqat üçün 6 997 test dəsti, 737 200 reagent Rusiyanın MDB-dən olan qonşularına yönəldilib.

Rusiya koronavirusla mübarizədə ən çox MDB ölkələrinə dəstək verib

Yaxın xaric ölkələri arasında yardım kimi ən çox test sistemləri, yeni tip koronavirus COVID-19-un laboratoriya diaqnostikası üçün reagentlər, həmçinin buraxılış məntəqələrinin təchizatı üçün termometrlər alan ölkə Qırğızıstan olub - 157 000 tədqiqat üçün 1 570 test dəsti, 157 000 tədqiqat üçün reagentlər, bədən temperaturunun təmassız ölçülməsi üçün 10 cihaz. İkinci yerdə 138 500 tədqiqat üçün 1 385 test dəsti, 138 500 tədqiqat üçün reagent alan Türkmənistan gəlir.

MDB ölkələri arasında RF-dan ən az test (12 000) və reagentlər alan ölkə Azərbaycan olub.

Rusiyanın COVID-19-la mübarizədə qonşu ölkələrə etdiyi yardımlarla bağlı daha ətraflı məlumat ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.