BAKI, 8 sentyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 8-nə olan məlumata əsasən reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, hazırda xəstələrin 135-i reanimasiyadadır. 12 xəstə isə süni tənəffüs cihazına qoşulub. Ümumilikdə 2040 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37557 nəfərə, sağalanların sayı 34965 nəfərə, vəfat edənlərin sayı isə 552 nəfərə çatıb.