CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərtərdə "Valentin buzovu" doğulub - FOTO

Jalə Məmmədova bildirib ki, buzov inəyin ikinci balasıdır. İnək balacanlı olduğundan buzova yaxınlaşan olanda həyəcanlanır, heç kimi yaxına buraxmır.
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Tərtər rayonunun Qaradağlı kəndində yaşayan Jalə Məmmədovaya məxsus təsərrüfatda qeyri-adi xalı olan buzov doğulub. Buzovun alnında ürək, içində də ox təsviri var. Jalə Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, ona bu xəbəri uşaqları, Alimə ilə Elgiz gətiriblər. O da əvvəlcə uşaqların zarafat etdiyini sanıb.

Tərtərdə "Valentin buzovu" doğulub - FOTO

Jalə Məmmədova bildirib ki, buzov inəyin ikinci balasıdır. İnək balacanlı olduğundan buzova yaxınlaşan olanda həyəcanlanır, heç kimi yaxına buraxmır. "Elə sevgisi də balasına bu cür keçib, yəqin", - deyə inək sahibi zarafat edir.