BAKI, 7 sentyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 5185 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 51 nəfər ölüb.
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 1030690-a çatıb. Rusiyada pandemiya yayılandan 17871 nəfər COVID-19-dan vəfat edib. Ümumilikdə ölkədə bu virusdan sağalanların sayı 843277-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 27 milyonu keçib, 883 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.