İQTİSADİYYAT

Neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin qiyməti 0,64 dollar geriləyərək 42,02 dollar, "Light" markalı neftin qiyməti isə 0,68 dollar ucuzlaşaraq 39,09 dollar olub.

Ötən həftə "Azeri light" markalı neftin orta qiyməti 2,84 dollar azalaraq, orta hesabla 44,34 dollar təşkil edib.

Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.