CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İran təkzib etdi – Ərazimizdən Ermənistana hərbi texnika daşınmır

"Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanıb və qətiyyən doğru deyildir"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında xəbərlər yalan və əsassızdır. Bu barədə Sputnik Azərbaycan-a İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.

"Bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd-keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır. Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanıb və qətiyyən doğru deyildir", - deyə məlumatda bildirilir.