CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dərman qutusu"nun adı dəyişir, içi də fərqli olacaq

Ekspert bildirib ki, həkimlərin fikrinə əsasən, avtomobilin bəzən 50 dərəcəyədək qızan salonunda saxlanan həmin dərmanlar (Analgin, Aspirin, Nitroqliserin həbləri və s.) ciddi dəyişikliyə məruz qalaraq istifadə edildikdə çox ağır problem yarada bilər...
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. "19 iyun 2020-ci il tarixdə həm "Yol hərəkəti haqqında" Qanuna, həm də İXM-ə dəyişiklik edilərək avtomobillərdə olması zəruri hesab edilən bu qutunun adı dəyişdirildi. İndi o "dərman qutusu" yox, "ilk tibbi yardım qutusu" adlanır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, buna səbəb bu qutunun içərisində dərman vasitələri yox, sadəcə həkiməqədərki yardımda istifadə edilə biləcək tibbi ləvazimatlar (qanaxmanı dayandırmaq, yaranı sarımaq üçün və s.) olmalıdır: "Hazırda həmin qutunun tərkibi AR Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq olunub, lakin "Yol hərəkəti haqqında" Qanuna yuxarıda qeyd etdiyim dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar NK-ya tapşırıq verilib ki, uyğun düzəlişlər edilsin. Yəqin ki, NK 2019-cu il 9 sentyabr tarixli 399 nömrəli Qərarına dəyişiklik edəcək və sadəcə bu qutunun adını dəyişməklə kifayətlənməyərək, hazırda onun içərisində olması nəzərdə tutulan dərman vasitələrini sıyahıdan çıxaracaq".

Ekspert bildirib ki, həkimlərin fikrinə əsasən, avtomobilin bəzən 50 dərəcəyədək qızan salonunda saxlanan həmin dərmanlar (Analgin, Aspirin, Nitroqliserin həbləri və s.) ciddi dəyişikliyə məruz qalaraq istifadə edildikdə çox ağır problem yarada bilər...