HADİSƏ

Bakıda aeroporta doğru hərəkət edən sərnişin avtobusu qəzaya düşdü

Hava limanı istiqamətində hərəkətdə olan 60 nömrəli sərnişin avtobusu idarəetmədən çıxaraq arakəsmələrə çırpılıb
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Zığ yolu şosesində "Daewoo" markalı avtobus yoldan çıxıb.

Hava limanı istiqamətində hərəkətdə olan 60 nömrəli sərnişin avtobusu idarəetmədən çıxaraq arakəsmələrə çırpılıb.

Qəza zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.