BAKI, 7 sentyabr — Sputnik. Koronavirusa yoluxma faktları artdığından Türkiyədə avtobusda ayaqüstə getmək qadağan olunur. Sputnik Azərbaycan bildirir ki, bunu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, ölkədə koronavirus pandemiyası ikinci dalğaya çatıb. May ayından bəri koornavirusa yoluxma və COVID-19-dan ölüm sayı son günlər ərzində bir neçə dəfə artıb.
“Biz COVID-19-a yoluxma hallarının artdığını görürük. Buna görə pandemiya əleyhinə tədbirlər gücləndirilir. Avtobuslarda ayaqüstə getmək qəti şəkildə qadağan olunur”, - Ankarada çıxış edən Türkiyə lideri bildirib.
O əlavə edib ki, maska taxmayıb, sosial məsafəyə riayət etməyənlər mütləq qaydada cərimə olunacaqlar.