MƏDƏNİYYƏT

Rihanna sevənlərini qorxudub

O, diqqət çəkməməsi üçün eynək taxsa da, jurnalistlərdən gizlənə bilməyib. Rihannanın üzündəki ləkələr isə sevənlərini qorxudub
Sputnik

BAKI, 7 sentyabr — Sputnik. Müğənni Rihannanın son halı sevənlərini qorxudub. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni ötən axşam Santa-Monika şəhərində gəzinti zamanı müxbirlərin kameralarına tuş gəlib. O, diqqət çəkməməsi üçün eynək taxsa da, jurnalistlərdən gizlənə bilməyib. Rihannanın üzündəki ləkələr isə sevənlərini qorxudub.

Müğənninin köməkçisi bildirib ki, o, skuterdən yıxılıb və üzündəki ləkələr də məhz bu səbəbdəndir.

Xatırladaq ki, Rihanna iyun ayında "Forbes"un versiyasına görə, 600 milyon dollar sərvəti ilə dünyanın ən zəngin qadın musiqiçisi olub. Ötən ay Rihanna aylıq 415 min dollara ev kirayələyib. ABŞ-ın Hamptons istirahət bölgəsində yerləşən 8000 kvadratmetrlik ərazidə müğənninin iyul ayının ortalarından avqustun ortalarına qədər yaşadığı deyilir.