BAKI, 7 sentyabr - Sputnik. “Blogger Alexey Navalnının zəhərlənməsinin arxasında “Şimal axını-2”nin inşasına qarşı çıxanlar ola bilər”.
APA xəbər verir ki, bunu Bundestaqın Sol Partiyadan olan deputatı Qreqor Gizi “MDR Aktuell” telekanalına açıqlamasında deyib.
Millət vəkilinin sözlərinə görə, Rusiya hakimiyyətinin Navalnı məsələsində iştirakı ilə bağlı versiya “absurd”dur: “Moskvanın bloggerin ölümü ilə maraqlanmadığına əminəm. Kreml belə bir addımın yalnız Qərblə münasibətləri korlayacağını başa düşür”.