RUSİYA

Məşhur azərbaycanlı üçqat olimpiya çempionunun obrazını canlandırıb

Olqa Lerman Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının quruluşçu rejissoru Viktoriya Lerman və Azərbaycanın əməkdar artisti Fuad Osmanovun qızıdır. 
Sputnik

BAKI, 6 sentyabr — Sputnik, Kəmalə Əliyeva. Rusiyanın Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aparıcı aktrisalarından olan Olqa Lerman "Ağ qar" filmində rusiyalı xizəkçi, üçqat olimpiya çempionunun obrazını canlandıracaq.

Film Yelena Vyalbenin həyatından və idman yolundan danışır. Rejissor Nikolay Xomerikidir. Çəkilişlər Maqadanda, Kirovskda və Moskvada həyata keçirilib. Filmin çəkilişləri hələ ilin əvvəlində başlayıb, lakin martda koronavirus pandemiyasına görə dayandırılıb.

Məşhur azərbaycanlı üçqat olimpiya çempionunun obrazını canlandırıb

Baş qəhrəmanı üç nəfər canlandırır: Polina Vataqa yeniyetmə Vyalbeni rolundadır, Olqa Lerman orta yaşlı Yelena Vyalbe rolundadır. Üçqat olimpiya çempionunun nəvəsi olan Angelina Vyalbe isə nənəsinin səkkiz yaşındakı obrazındadır. Aktrisalar Moskva ətrafındakı xizəksürmə bazasında peşəkar məşqçinin başçılığı altında 6 ay ərzində xüsusi hazırlıq keçiblər.

Filmdə həmçinin Fyodor Dobronravov, Nadejda Markina, Anna Ukolova, Aleksandr Ustyuqov, Mixail Bespalov, Darya Yekamasova və başqaları çəkiliblər.

Məşhur azərbaycanlı üçqat olimpiya çempionunun obrazını canlandırıb

Filmin premyerası 2021-ci ildə olacaq.

Olqa Lerman Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının quruluşçu rejissoru Viktoriya Lerman və Azərbaycanın əməkdar artisti Fuad Osmanovun qızıdır. 

Gənc aktrisa səhnədə ilk addımlarını erkən yaşlarında atıb. O, aktyorluq sənətində ilk addımlarını da elə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında və Heydər Əliyev Sarayında atıb. 16 yaşı olanda Bakı xoreoqrafiya məktəbindən Krasnodar xoreoqrafiya məktəbinə getməli olub. O vaxtdan Lerman Rusiyada yaşayır.

Boris Şukin adına Teatr məktəbinin üçüncü kursunda təhsil alarkən, o, Moskva Akademik Satira Teatrından dəvət alır. Hazırda Vaxtanqov adına Dövlət Akademik Teatrının aparıcı aktrisalarındandır.