Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 6 sentyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı faciəli şəkildə avtqəzada dünyasını dəyişib. Hadisə Xaçmaz-Xudat yolunun Çinarta kəndindən keçən hissəsində baş verib
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bədbəxt hadisə dünən gecə saatlarında olub.
Xaçmaz rayonu Palçıqoba kənd sakini 27 yaşlı FHN-nin əməkdaşı Alışov Səlim Natiq oğlu yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub.
FHN-nin əməkdaşı yaralı halda xəstəxanaya çatdırılsa da həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Şahidlərin sözlərinə görə, hadisəni törədənin "Mercedes" markalı avtomobilin sürücüsü "Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi"nin Direktor müavini Vüqar Məmmədovun oğludur.
Hadisə araşdırılır.