SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək

"Təxminən 2030-cu ildə Rusiya və Çin bizim nüvə modernləşməmizin bütün gücünü görəcəklər" - Robert Sufer
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Rusiyanın addımlarına cavab olaraq öz nüvə güclərinin modernləşdirilməsinə başlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbərinin köməkçisinin müavini Robert Sufer bildirib.

Sufer qeyd edib ki, Rusiyadan fərqli olaraq ABŞ modernləşməyə indi başlayıb. O qeyd edib ki, faktiki olaraq bu sistemləri almağa imkan verən konseptual fazadan mühəndislik fazaya keçid mərhələsindədir".

"Təxminən 2030-cu ildə Rusiya və Çin bizim nüvə modernləşməmizin bütün gücünü görəcəklər", – deyə Pentaqon rəsmisi qeyd edib.