CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hikmət Babayev “BakuBus”da vəzifəyə gətirilib? - Açıqlama

Hikmət Babayev efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır
Sputnik

BAKI, 5 sentyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi barədə verdiyi qalmaqallı açıqlamaya görə işdən azad edilmiş şöbə müdiri Hikmət Babayevə BNA-ya məxsus "BakuBus" MMC-də vəzifə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

BNA-nın mətbuat katibi Mais AğayevSputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələnin heç bir həqiqətə uyğun olmayan məlumatlar əsasında yenidən gündəmə gətirilməsi insanlar arasında çaşqınlıq yaratmağa, şəhər nəqliyyat sistemində görülən işlərə ləkə yaxmağa, insanlarda dövlət qurumuna qarşı inamsızlıq yaratmağa hesablanan çox uğursuz bir cəhddir. Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır: "Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur".